Vakansiya haqqında məlumat:
PARABOKT ASC Analitik Mərkəzə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir:
Vəzifəyə olan tələblər
- Mühasibat uçotu, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) haqqında anlayış olması;
- Prosedurlarının yaradılması və risklərin idarə olunmasının qiymətləndirilməsində malik olması;
- Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyini və AMB-nin normativ xarakterli aktlarını bilməsi;
- Bir illik Kredit mütəxəssis vəzifədə qazanılmış təcrübə də daxil olmaqla, bank işi sahəsində bütövlükdə minimum bir il altı ay təcrübəyə malik olması;
- Kredit əməliyyatlarının bütün aspektləri ilə tanış olması;
- İşlərini planlaşdırma bacarığına malik olması;
- Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti;
Vəzifə öhdəlikləri:
- Müştərinin biznesi risklərin aşkarlanması və qiymətləndirilməsi.
- Monitorinq aktların əsasında problemli kreditlərinin səbəblərin təhlili.
- KM portfelinin keyfiyyətinin təhlili və nəzarəti.
- Risklərin stabilləşdirilməsi və azadılması məqsədi ilə yeniliklərin axtarışı.
- Biznesin növündən asılı olaraq işgüzar fəallığın aktivliyin təhlili.
- KM işgüzar fəallığı ilə bağlı hesabatların hazırlanması.
- KM şəxsi işinin (info) aparılması.
- Problemli kreditlərin əsas oxşar biznes növlərinə,əsas səhflərə və səbəblərin yaranması dair məlumat bazasının aparılması.
- Təminatın qiymətinin dinamikasının məlumat bazasının aparılması.
- Krediləşdirilən müştərilərin keçirilən təhlilin keyfiyyətinə nəzərət.
- KK təqdim olunan məlumatların bütövliyi və düzgünliyi (çəkiliş və memorandum) yoxlaması
- Təkrar təhlilə göndərilən işlərin hesabatı
- KK vaxtını səmərəli istifadəsi məqsədi ilə,təqdim olunan memorandumun yoxlanılması və təqdim edilməsi.
- Məlumat bazasında yerləşdirilmiş məlumatların bütovlüyünə və düzgünlüyünə nəzarət.
CV- Analitik Mərkəzə mütəxəssis / aparıcı mütəxəssis mövzusu ilə vakansiya@parabokt.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Şirkət:
PARABOKT ASC