Alternativ Satış Mütəxəssisi | Banco.az

Alternativ Satış Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Vəzifə:

Alternativ Satış Mütəxəssisi  ( Telefon ilə satış)

İşəgötürən:

“BOKT” Azərbaycan Mikro Kredit bank olmayan kredit təşkilatı

Bölgə:

Bakı

İş Qrafiki:

09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

 

“Azərbaycan Mikro Kredit BOKT” MMC Alternativ Satış Mütəxəssisi  vəzifəsinə işçi axtarışı elan edir.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Yalnız xanım namizədlər tələb olunur.
  • Bankın dəyərlərinə uyğun davranış.
  • Ali, kollec və ya orta təhsil.
  • Azərbaycan dilini mükəmməl bilmək, Rus dilini bilmək arzuolunandır.
  • Məhsul və ya xidmətin təbliği qabiliyyəti.
  • Müştərini inandırmaq və telefonla satış qabiliyyəti.
  • Ünsiyyətçilik və səlis danışıq səriştəsi.
  • Komandada işləmək bacarığı.
  • Analitik düşünmə bacarığı, müştərilərlə yüksək səviyyədə işləmək motivasiyası.
  • Müştəri xidmət standartları haqqında təsəvvürə malik olmalı.
  • Stresli vəziyyətləri idarə etmək bacarığı.
  • İş təcrübəsi vacib deyil, təcrübə proqramına qoşulmaq olar.
  • Əmək haqqı 250 AZN və satışdan formalaşan bonus veriləcək.

İŞİN TƏSVİRİ:

  • Bankın mövcud Kredit məhsullarının müştərilərə zəng vasitəsilə ilkin satışı.
  • Mövcud kampaniya və güzəştlər barədə müştərilərin zəng vasitəsilə məlumatlandırılması.
  • Hədəf müştərilərin siyahısı Analitik bölmə tərəfindən təqdim ediləcək.
  • Siyahıda olan müştərinin banka cəlb edilməsi istiqamətində zənglər aparmaq və hər hansı bank məhsulu üzərindən ilkin razılığı əldə etmək.
  • Cəlb edilən müştərilərin Kredit bölməsinə ötürülməsini təmin etmək.
  • Görülmüş işlərə dair hesabat vermək 
  • Satış texnikalarına malik olmaq.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.
  • Təcrübə proqramından yararlanmaq.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “Alternativ Satış” qeyd etməklə göndərmələri xahiş olunur.

Əlaqə vasitələri:

E - mail: [email protected]  
Telefon:  (+994 12) 498 94 97
Mob:  (+994  77) 431 41 31

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
“BOKT” Azərbaycan Mikro Kredit bank olmayan kredit təşkilatı

Ən sərfəli krediti almaq üçün müraciət et