Vakansiya haqqında məlumat:
Aktuari
İş haqqında məlumat:
- Hər bir sığorta sinfi üzrə sığorta ehtiyatlarının hesablanması
- Hər bir sığorta sinfi üzrə və ümumi sığorta portfeli üzrə zərərlik dərəcəsinin hesablanması
- Bütün sığortalar üzrə tarifləri hazırlamaq və təklifləri etmək
- Gündəlik olaraq zərərlər jurnalı hazırlamaq
- Sığortaçının məcmu kapitalının və öz vəsaitinin hesablanması
- Sığorta sinifləri üzrə sığorta tarifinin hesablanması
Tələblər:
- Ali riyazi təhsilli olmalı;
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
- MC Office, İnsure.az, 1 C proqramlarında yüksək səviyyədə işləmə bacarığı
- Dil bilikləri: türk, ingilis, rus
- Aktuari lisenziyası olmalı
- Bütün növ sığorta qanunlarını bilməli
- Qərar vermə qabiliyyəti, məsuliyyətli olmalı
- Analitik düşüncə tərzi
İş şərtləri
- Həftə içi 5 gün, saat 09.00-18.00
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərlər.
Şirkət:
Azərbaycan Sənaye Sığorta ASC