Aktivlərin İdarəedilməsi və İnvestisiya Xidmətləri üzrə Mütəxəssis | Banco.az
PAŞA Bank

Aktivlərin İdarəedilməsi və İnvestisiya Xidmətləri üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Aktivlərin İdarəedilməsi və İnvestisiya Xidmətləri üzrə Mütəxəssis

“PAŞA Bank” ASC olaraq Aktivlərin İdarəedilməsi və İnvestisiya Xidmətləri üzrə Mütəxəssis kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)

İşiniz nədən ibarətdir?

• Müştərilərin risk profillərinin müəyyən edilməsi və intervülərin keçirilməsi;
• İntervü nəticələrinin təhlili;
• Müştəri profilinə uyğun müvafiq investisiya məhsullarının seçilməsi;
• Maliyyə məsləhətlərinin verilməsi;
• RM və müştərilərlə treninqlərin təşkili;
• Satış prosesinin təkmilləşdirilməsi;
• Müştəri bazasının təhlili və strukturlaşdırılması;
• Portfellərin yenidən balanslaşdırılması və müştərilərin məlumatlandırılması.

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə, İqtisadiyyat, Marketinq, Satış üzrə ali təhsil
  • İş təcrübəsi: 3-5 il
  • Lisenziya / Sertifikat: CFA 2 və ya CFA3
  • Xarici dillər: İngilis, Rus
  • Kompüter bilikləri: Microsoft Office, Bloomberg
  • Məhsul üzrə biliklər: Bank məhsulları, özəl bankçılıq, investisiya məhsulları, portfel idarəçiliyi
  • Bazar üzrə biliklər: Maliyyə bazarları, makro iqtisadiyyat və maliyyə təhlili

Digər:

  • İnvestisiya strategiyaları və risklər üzrə biliklər
  • Yerli və xarici bazarlardakı investisiya məhsulları haqqında ətraflı biliklər
  • Güclü satış qabiliyyətinin olması


Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi [email protected] ünvanına başlıqda “Aktivlərin İdarəedilməsi və İnvestisiya Xidmətləri üzrə Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram