Aktiv və passivlərin idarə edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis | Banco.az
ABB

Aktiv və passivlərin idarə edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASC Aktiv və passivlərin idarə edilməsi (Asset and Liability Management) üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 Görəcəyiniz işlər:

  •  Bankın gündəlik likvidliyinin idarə edilməsi və likvidlik əmsalların hesablanması ilə requlyativ normalara riayət olunması;                                                                        
  • Bankın balansının idarə olunması və proqnozlaşdırılması modellərinin tərtib olunması;
  • Daxili və xarici bazarlarda investisiyalar üzrə rəhbərliyə təkliflərin verilməsi;
  • Müvafiq olaraq likvidlik, faiz dərəcəsi riski və bankın balansı ilə bağlı stress-testlərin həyata keçirilməsi;            
  • ALM hesabatlılığın avtomatlaşdırılması və dashboardlar səviyyəsində rəbərliyə təqdim edilməsi;
  • FTP hesabatlığının aparılması və FTP faiz dərəcələrin tətbiqi.

Bizim üçün ideal namizəd:

  • Ali təhsilli;
  • Maliyyə və ya risk istiqaməti üzrə minimum 1 il iş təcrübəsinə sahib;
  • PL/SQL üzrə biliyə sahib (arzuolunandır);
  • VBA üzrə biliyə sahib (arzuolunandır);
  • Yüksək səviyyədə MS Excel biliyinə malik.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini 27 may 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Aktiv və passivlərin idarə edilməsi üzrə mütəxəssis və ya Aktiv və passivlərin idarə edilməsi üzrə aparıcı mütəxəssis”, və ya Aktiv və passivlərin idarə edilməsi üzrə baş mütəxəssis şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərimizdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et