Bank BTB
                        
                        
                    
                    
                    
                    Aktiv və passivlərin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi
Vakansiya haqqında məlumat: 
Bank “BTB” ASC Xəzinədarlıq departamenti, Aktiv və passivlərin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
Aktiv və passivlərin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi
İş barədə məlumat:
- Likvidlik proqnozlarını hazırlayır və şöbə rəhbərliyinə təqdim edir;
 - Likvidlik və bazar riskləri nəzərə alınmaqla, mövcud resursların müddətləri, valyutaları və məbləğləri barədə hesabatların hazırlanmasında iştirak edir;
 - Maliyyə bazarında əlavə resurslar cəlb edilməsi və ya artıq resursların yerləşdirilməsi üçün verilən tapşırıqlara əsasən danışıqlar aparır və şöbə rəhbərliyini məlumatlandırır;
 - Yerli və beynəlxalq maliyyə-kredit təşkilatları, fondları, bankları və digər maliyyə institutları ilə münasibətlər qurur, onlardan bank üçün sərfəli şərtlərlə maliyyənin əldə edilməsi istiqamətində fəaliyyət göstərir;
 - Resursların daxili qiymətlərinin hesablanması (FTP – funds transfer pricing);
 - Departamentin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
 
Namizədə tələblər:
- ali iqtisadi və ya biznes üzrə təhsili;
 - ən azı 2 il maliyyə bazarlarında əməliyyatlar sahəsində təcrübə;
 - İngilis dilini bilmək;
 - analitik qabiliyyət;
 - dəqiqlik;
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində 28 Fevral, 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Aktiv və passivlərin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.
