Aktiv və Passivlərin idarə edilməsi şöbəsinin Aparıcı Mütəxəssisi
Bank “BTB” ASC Aktiv və Passivlərin idarə edilməsi şöbəsinin Aparıcı Mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
Aktiv və Passivlərin idarə edilməsi şöbəsinin Aparıcı Mütəxəssisi
İş barədə məlumat:
1. Likvidlik proqnozlarını hazırlayır və şöbə rəhbərliyinə təqdim edir;
2. Likvidlik və bazar riskləri nəzərə alınmaqla, mövcud resursların müddətləri, valyutaları və məbləğləri barədə hesabatların hazırlanmasında iştirak edir;
3. Maliyyə bazarında əlavə resurslar cəlb edilməsi və ya artıq resursların yerləşdirilməsi üçün verilən tapşırıqlara əsasən danışıqlar aparır və şöbə rəhbərliyini məlumatlandırır;
4. Yerli və beynəlxalq maliyyə-kredit təşkilatları, fondları, bankları və digər maliyyə institutları ilə münasibətlər qurur, onlardan bank üçün sərfəli şərtlərlə maliyyənin əldə edilməsi istiqamətində fəaliyyət göstərir;
5. Resursların daxili qiymətlərinin hesablanması (FTP – funds transfer pricing);
6. Departamentin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
Namizədə tələblər:
ali iqtisadi və ya biznes üzrə təhsili;
ən azı 2 il maliyyə bazarlarında əməliyyatlar sahəsində təcrübə;
İngilis dilini bilmək;
Analitik qabiliyyət;
dəqiqlik;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 Noyabr, 2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Aktiv və Passivlərin idarə edilməsi şöbəsinin Aparıcı Mütəxəssisi) göstərməyiniz xahiş olunur.