Aktiv və Passivlərin İdarə edilməsi şöbəsi mütəxəssis | Banco.az
Bank BTB

Aktiv və Passivlərin İdarə edilməsi şöbəsi mütəxəssis

Vakansiya haqqında məlumat: 

İş barədə məlumat

  1. Aktiv və passivlərin idarə edilməsi üzrə siyasətin, daxili qaydaların, onlara əlavə və dəyişikliklərin layihələrinin hazırlanmasında iştirak edir;
  2. Likvidlik proqnozlarını hazırlayır və departament direktoruna/şöbə rəhbərinə təqdim edir;
  3. Likvidlik və bazar riskləri nəzərə alınmaqla, mövcud resursların müddətləri, valyutaları və məbləğləri barədə və digər analitik hesabatların hazırlanmasında iştirak edir;
  4. Qiymətli kağızlar bazarında qiymətli kağızların alınması və müvafiq hesabatların və sənədləşmənin aparılması
  5. Maliyyə bazarında əlavə resursların cəlb edilməsi və ya artıq resursların yerləşdirilməsi üçün verilən tapşırıqlara əsasən danışıqlar aparır və departament direktorunu/şöbə rəhbərini məlumatlandırır;
  6. Yerli və beynəlxalq maliyyə-kredit təşkilatları, fondları, bankları və digər maliyyə institutları ilə münasibətlər qurur, onlardan bank üçün sərfəli şərtlərlə maliyyənin əldə edilməsi istiqamətində fəaliyyət göstərir;
  7. Resursların daxili qiymətlərinin müəyyən edilməsi (FTP – funds transfer pricing);
  8. Departamentin funksiyaları daxilində departament rəhbərinin və şöbə rəhbərinin digər tapşırıqlarını yerinə yetirir.

Namizədə tələblər

- Azərbaycan, Rus dillərini səlis, İngilis dilini yaxşı səviyyədə bilmək;
- Peşəkar səviyyədə MS Excell-dən istifadə bacarığı.

Namizədlərdən CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur.