Aktiv və Passivlərin İdarə edilməsi şöbəsi mütəxəssis | Banco.az
Bank BTB

Aktiv və Passivlərin İdarə edilməsi şöbəsi mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Aktiv və Passivlərin İdarə edilməsi şöbəsi mütəxəssis

Baş ofis

Bakı / 1554842433 / [email protected]

İş barədə məlumat

  • Aktiv və passivlərin idarə edilməsi üzrə siyasətin, daxili qaydaların, onlara əlavə və dəyişikliklərin layihələrinin hazırlanmasında iştirak edir;
  • Likvidlik proqnozlarını hazırlayır və departament direktoruna/şöbə rəhbərinə təqdim edir;
  • Likvidlik və bazar riskləri nəzərə alınmaqla, mövcud resursların müddətləri, valyutaları və məbləğləri barədə və digər analitik hesabatların hazırlanmasında iştirak edir;
  • Qiymətli kağızlar bazarında qiymətli kağızların alınması və müvafiq hesabatların və sənədləşmənin aparılması
  • Maliyyə bazarında əlavə resursların cəlb edilməsi və ya artıq resursların yerləşdirilməsi üçün verilən tapşırıqlara əsasən danışıqlar aparır və departament direktorunu/şöbə rəhbərini məlumatlandırır;
  • Yerli və beynəlxalq maliyyə-kredit təşkilatları, fondları, bankları və digər maliyyə institutları ilə münasibətlər qurur, onlardan bank üçün sərfəli şərtlərlə maliyyənin əldə edilməsi istiqamətində fəaliyyət göstərir;
  • Resursların daxili qiymətlərinin müəyyən edilməsi (FTP – funds transfer pricing);
  • Departamentin funksiyaları daxilində departament rəhbərinin və şöbə rəhbərinin digər tapşırıqlarını yerinə yetirir.

Namizədə tələblər

- Azərbaycan, Rus dillərini səlis, İngilis dilini yaxşı səviyyədə bilmək;

- Peşəkar səviyyədə MS Excell-dən istifadə bacarığı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et