Vakansiya haqqında məlumat:
Vəzifəyə olan tələblər
- Ali təhsil (iqtisadi təhsillilərə üstünlük verilir);
- Məsuliyyətli olmalı;
- Ünsiyyət qurabilmə qabiliyyəti
- Azərbaycan, Rus dilində sərbəst danışıq bacarığı
- Bu sahədə dörd illik təcrübəyə malik olması;
- Filialın işlərini planlaşdırma bacarığına malik olması;
Əsas vəzifələr
- Baş bank tərəfindən verilmiş etibarnaməyə əsasən fəaliyyətini həyata keçirmək;
- Filiala verilmiş lisenziyaya uyğun Bank xidmətlərinin keyfiyyətlə aparılmasını təmin etmək;
- Bank tərəfindən filialların istifadəsinə verilmiş əmlakın məqsədəuyğun istifadəsinə nəzarət edir, onun qeyri-düzgün istifadəsi nəticəsində korlanmasına məsuliyyət daşımaq;
- Filialın əsasnaməsinə uyğun iş planını təsdiq etmək, onun icrasına nəzarət etmək;
- Bankın İH-nin təsdiq etdiyi iş rejiminə müvafiq olaraq müəyyən edilmiş saatda filialarlın açılması və bağlanmasına nəzarət etmək, iş günü ərzində işçilərin nizam-intizam qaydalarına riayət etmələrinə cavabdehlik daşımaq;
- Filiallara etibar edilmiş, maddi qiymətlərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək;
- Xəzinənin açılması və işin sonunda onun bağlanması zamanı maddi qiymətlərin və pul vəsaitinin sayılmasına birbaşa məsuliyyət daşımaq və nəzarət etmək;
- Filialarlın Baş bankdakı filiallararası hesablaşmalar hesabının ani və cari likvidliyinin qorunmasına gündəlik nəzarət etmək;
- Filialların kassa limitinin qorunmasına nəzarət edir, lazım gəldikdə mədaxil və ya məxaric üzrə pul vəsaitlərinin inkasasiyası üçün Baş banka sifariş vermək;
- Gün ərzində aparılan bütün bank əməliyyatlarının mövcud qanunvericiliyə və daxili qaydalara uyğunluğuna, balansın müəyyən edilmiş vaxtda bağlanmasına və Baş banka vaxtında ötürülməsinə nəzarət etmək və buna məsuliyyət daşımaq;
- Korporativ müştərilərin filiallara cəlb edilməsi məqsədilə daim müvafiq tədbirləri həyata keçirmək;.
CV-ləri Filial müdiri mövzusu ilə vakansiya@parabank.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.