“ABB” ASC Ödəniş sənədləri və sərəncamlarla iş şöbəsinə Mütəxəssis, Aparıcı və Baş mütəxəssis | Banco.az
ABB

“ABB” ASC Ödəniş sənədləri və sərəncamlarla iş şöbəsinə Mütəxəssis, Aparıcı və Baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASC Ödəniş sənədləri və sərəncamlarla iş şöbəsinə Mütəxəssis, Aparıcı və Baş mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 Vəzifə öhdəlikləri:

  • Milli valyutada bankdaxili ödəniş sənədlərinin emalı
  • Milli valyutada ölkədaxili ödəniş sənədlərinin emalı
  • Xarici valyutada bankdaxili və olkədaxili ödəniş sənədlərinin emalı
  • Xarici valyutada ölkəxarici və olkədaxili ödəniş sənədlərinin emalı
  • Sərəncamlar üzrə üçotun aparılması və ödənişləri

 

Tələb olunan səriştələr:

  • Komandada işləmək bacarığı;
  • Detallara diqqət;
  • Vaxtı idarə etmək qabiliyyəti; 

Vakant vəzifə üzrə tələblər:

  • Ali təhsil;
  • Bank sahəsində 1-3 il iş təcrübəsi; 
  • Ofis proqramlarında sərbəst işləmək bacarığı;.

Bu iş sizə nələri qazandıracaq:

  • Bank sahəsində  iş proseslərini dərindən öyrənmək imkanı;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
  • Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;
  • Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər bankın daxili CV formasını 25 noyabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Ödəniş sənədləri və sərəncamlarla iş şöbəsi üzrəşəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərimizdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az