“ABB” ASC Daxili Nəzarət departamentinin İstehlakçı müraciətləri ilə iş şöbəsinə mütəxəssis vakansiyası elan edir | Banco.az
ABB

“ABB” ASC Daxili Nəzarət departamentinin İstehlakçı müraciətləri ilə iş şöbəsinə mütəxəssis vakansiyası elan edir

Vakansiya haqqında məlumat: 

 

 

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

Məlumat mərkəzindən yönəldilmiş şükayətlərin idarə edilməsi;

Bank Rəhbərliyinin adına yazılmış rəsmi müraciətlərin cavablandırılması;

Şikayət qutularına atılmış ərizələrin idarə edilməsi;

Sosial şəbəkələrdə yazılmış şikayətlərin idarə edilməsi;

Şikayət edən müştərilərlə görüş təşkil edərək problemlərinin həll edilməsi.

Tələb olunan səriştələr:

Problemləri həll etmə bacarığı;

Konfliktlərin idarə edilməsi;

Ünsiyyət bacarığı;

Vakant vəzifə üzrə tələblər:

Ali təhsil;

Bank sahəsində minimum 1 il iş təcrübəsi;

Microsoft Office (Word, Excel, Power Point) proqramları ilə sərbəst işləmək.

Bu iş sizə nələri qazandıracaq:

Bank sahəsində  iş proseslərini dərindən öyrənmək imkanı;

Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;

Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;

Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;

Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;

Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini 12 dekabr  2019-cu il tarixinədək  [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının İstehlakçı müraciətləri ilə iş şöbəsinə mütəxəssis şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərimizdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

 

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et