1-ci / 2-ci / 3-cü dərəcəli inkassator-Sürücüsü (Şirvan filialı)
Vəzifə: "Şirvan" filialının 1-ci dərəcəli inkassator-sürücüsü, 2-ci dərəcəli inkassator-sürücüsü, 3-cü dərəcəli inkassator-sürücüsü
Əmək haqqı: (590 AZN-dən 980 AZN-dək)
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali , orta və ya orta-ixtisas təhsil;
• Sürücülük vəsiqəsi (BC kateqoriya);
• Həqiqi hərbi xidmət;
• Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
• Rəsmi sürücülük stajı ən azı 3 il;
• Mükəmməl Azərbaycan dili, istifadə dərəcəsində rus dilinin bilikləri;
• Nəğd pulla intensiv işləmə bacarığı;
• Gərgin iş qrafikində işləmək bacarığı;
• Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
• İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı.
İŞİN TƏSVİRİ:
• Nağd pul və digər qiymətlilərin daşınması ilə bağlı əməliyyatların aparılmasına dair qaydalara riayət edir;
• Nağd pul və digər qiymətlilərin daşınması vaxtı briqada başçısının işlə əlaqədar bütün tələblərini yerinə yetirir və sərvətlərin qorunması üçün tədbirlər həyata keçirir;
• Nağd pul və digər qiymətlilərin daşınması üzrə müvafiq təlimat və qaydaları bilməlidir;
• Vəzifəsinin icrası ilə bağlı bütün məlumatların məxfiliyinin təmin edilməsinə və bank sirrinin qorunmasına görə qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır.
QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq. CV - lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34