Standard Insurance | Banco.az

Standard Insurance

 

Call center
012 930

ASC “Standard Insurance” Sığorta Şirkəti “AB Standard” Şirkətlər Qrupunun üzvüdür.
ASC “Standard Insurance” Sığorta Şirkəti 2002-ci ilin fevral ayında məhdud məsuliyyətli cəmiyyət hüquqi statusu ilə təsis edilib. Həmin ilin 21 oktyabr tarixindən etibarən fəaliyyətə başlayan şirkətin nizamnamə kapitalı başlanqıcda 600 000 yeni Azərbaycan manatına bərabər idi və qısa müddət ərzində ASC “Standard Insurance” Sığorta Şirkəti Azərbaycanın ən sürətlə inkişaf edən sığorta şirkətlərindən birinə çevrildi.

2005-ci ildə ASC “Standard Insurance” Sığorta Şirkəti özünün keyfiyyəti idarəetmə sistemini qurub həmin il bu sistemin Beynəlxalq ISO 9001-2000 Standartına uyğunluğu barədə şəhadətnamə almışdır.

Həmin ildə ASC “Standard Insurance” Sığorta Şirkəti “Lloyd’s”un ən böyük brokerlərindən olan “AON” Qrupu tərəfindən “Etibarlı şirkətlər siyahısı”na (Security List) daxil edilmiş və indiyədək bu siyahıda qalmaqdadır.

2006-cı ildə “Standard Insurance” şirkətinin inkişaf templəri yerli sığorta bazarının ümumi inkişaf templərindən xeyli artıq olmuşdur. Statistikaya əsasən, keçən il Şirkət tərəfindən yığılmış sığorta ödəmələrinin məbləği 9,59 milyon ABŞ dolları təşkil etmişdir, bu isə 2005-ci ilin analoji göstəricisindən 36% artıqdır. Müqayisə üçün qeyd edək ki, 2006-cı ildə milli iqtisadiyyatın sığorta sektorunda müşahidə edilmiş inkişaf tempi 7%-i aşmır.Digər tərəfdən, Şirkətin yüksək gəlirlə fəaliyyət göstərdiyini qeyd etməyə dəyər. 2006-cı ilin yekunlarına əsasən, “Standard Insurance” şirkəti gəlir indeksi baxımından Azərbaycanda ən aparıcı şirkətlərdən biri hesab edilir.

2007-ci ilin tarixində şirkət öz hüquqi statusunu dəyişdirərək açıq səhmdar cəmiyyəti statusunu qəbul etmişdir. Ən uğurlu hadisələrindən biri isə, şirkətin Moody’s Investors Service tərəfindən B1 Maliyyə sabitliyi reytinqinə laiq görülməsidir.
Ötən illər ərzində şirkətin nizamnamə kapitalının artımı qabaqcadan planlaşdırılmış şəkildə mərhələlərlə həyata keçirilmişdir.

2007-ci ildə Standard İnsurance şirkəti Gürcüstanda 100% törəmə şirkəti olan "Standard Insurance Georgia" şirkətini açmışdır.

2010-cu ilin sonunda həyata keçirilən son artımdan sonra ASC “Standard Insurance” Sığorta Şirkəti ən yüksək nizamnamə kapitalına malik olan sığorta şirkətlərindən biri olmuşdur. Şirkətin nizamnamə kapitalı hal hazırda 11 milyon manat təşkil edir.

Artıq bir neçə ildir ki, şirkətimiz Azərbaycan sığortaçıları arasında aparıcı mövqe tutur. Bununla yanaşı, son iki il ərzində ASC “Standard Insurance” Sığorta Şirkəti sığorta bazarının ümumi inkişaf templərindən xeyli yüksək dərəcədə inkişaf etmişdir.
Hal-hazırda şirkət 4 növ icbari və 24 növ könüllü sığorta xidməti göstərir. ASC “Standard Insurance” Sığorta Şirkətinin uğuru bir neçə amildən irəli gəlir. Bunların arasında hər şeydən əvvəl, şirkət rəhbərliyinin planlı fəaliyyətini və şirkətin professional komandaya malik olmasını qeyd etmək lazımdır. Eyni zamanda, bazarın inkişaf təmayüllərini qabaqlamaq və beləliklə sığortaçıların əsas qrupundan həm kəmiyyət, həm də keyfiyyət baxımından xeyli irəlidə olmaq kimi daimi səylərimiz də aktiv stimullaşdırıcı faktorlardan biridir.

2012-ci il Şirkətimiz üçün uğurlu illərdən biri olmuşdur. Belə ki, ilin nəticələrinə görə, Şirkətimiz ölkəmizin 5 ən güclü sığorta şirkətləri sırasında yer almışdır. Xüsusi ilə, icbari sığorta növləri üzrə böyük nailiyyətlər əldə edilmiş, nümayəndəliklərin sayı xeyli dərəcədə artmış və agent şəbəkəsi genişlənmişdir.

Statistikaya əsasən, 2012-ci ildə yığılmış sığorta haqqlarının məbləği 21,3 milyon AZN təşkil etmişdir, bu 2011-ci ilin analoji göstəricisindən 2,2 dəfə çoxdur. 2013-cü ildə də Şirkətimiz qarşısında yüksək məqsədlər qoymuşdur.

“Standard Insurance” sığorta fəaliyyəti üçün müddətsiz lisenziyaya sahib oldu. Məhz bu il şirkət özünün 12 illiyini qeyd etdi.

“Standard Insurance” qanvermə üzrə “Qəhrəman Donorlar” xeyriyyə aksiyasına qoşuldu.

“Standard Insurance” Londonun aparıcı maliyyə jurnallarından biri olan  “Global Banking and Finance”-ın  “2014-cü il Azərbaycanın ən yaxşı sığorta şirkəti” nominasiyası üzrə mükafatına layiq görülüb.  

 

Artıq bir neçə ildir ki, şirkətimiz Azərbaycan sığortaçıları arasında aparıcı mövqe tutur. Bununla yanaşı, son iki il ərzində ASC “Standard Insurance” Sığorta Şirkəti sığorta bazarının ümumi inkişaf templərindən xeyli yüksək dərəcədə inkişaf etmişdir.
Hal-hazırda şirkət 4 növ icbari və 24 növ könüllü sığorta xidməti göstərir. ASC “Standard Insurance” Sığorta Şirkətinin uğuru bir neçə amildən irəli gəlir. Bunların arasında hər şeydən əvvəl, şirkət rəhbərliyinin planlı fəaliyyətini və şirkətin professional komandaya malik olmasını qeyd etmək lazımdır. Eyni zamanda, bazarın inkişaf təmayüllərini qabaqlamaq və beləliklə sığortaçıların əsas qrupundan həm kəmiyyət, həm də keyfiyyət baxımından xeyli irəlidə olmaq kimi daimi səylərimiz də aktiv stimullaşdırıcı faktorlardan biridir.

 

Daha çox
Veb sayt www.standardinsurance.az
Ünvan Ş. Bədəlbeyli 94, AZ1014 Baku, Azerbaijan
Telefon 012 930
Email [email protected]
CEO Sadıqov Anar Ramiz oğlu
Müəllif: Tamara Mustafayeva

Ən sərfəli krediti almaq üçün müraciət et