İpək Yolu Sığorta | Banco.az

İpək Yolu Sığorta

 

Call center
012 598 38 50

"İpək Yolu Sığorta" Açıq Səhmdar Cəmiyyəti 1995-ci ildə yaradılmışdır. Fəaliyyətə başladığı ilk gündən indiki dövrədək şirkət respublikanın aparıcı sığorta şirkətləri arasında özünəməxsus yer tutmuşdur. Şirkətimiz hal-hazırda 25 sığorta növü ilə məşğul olmaq üçün müvafiq lisenziyalara malikdir. Şirkətimiz öz müştərilərinə geniş miqyaslı, o cümlədən, bütün növ aviasiya sığortası, əmlak, avtomobil, yük, məsuliyyət, tikinti, fərdi qəza, elektron cihaz, montaj və sair növlər üzrə peşəkar sığorta xidməti göstərir. "İpək Yolu Sığorta" respublikada ilk dəfə olaraq aviasiya sığortası üzrə bir sıra lisenziya növlərinin yaradılmasının təşəbbüsçüsü kimi çıxış etmişdir.

Sığorta növləri:

  1. Aviadaşıyıcıların üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası
  2. Elektron cihaz və avadanlıq sığortası
  3. Fiziki şəxslərə məxsus olan avtonəqliyyat vasitələrinin tam sığortası
  4. Fiziki şəxslərə məxsus olan əmlakın sığortası
  5. Fərdi qəza (bədbəxt hadisələrdən) sığortası
  6. Hüquqi şəxslərin və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin əmlakının sığortası
  7. Hava limanı sahiblərinin və hava hərəkəti idarəetmə orqanlarının mülki məsuliyyətinin sığortası
  8. Hava nəqliyyat vasitələrinin sığortası
  9. Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası
  10. İş fəaliyyəti prosesinin dayanmasının sığortası
  11. İşəgötürənin məsuliyyətinin sığortası
  12. Könüllü tibbi sığorta
  13. Montaj sığortası
  14. Tikinti-quraşdırma riskləri sığortası
  15. Ümumi məsuliyyətin və peşə məsuliyyətinin sığortası
  16. Yüklərin sığortası
  17. İpoteka predmeti olan əmlakın sığortası
  18. Qiymətli əşyaların daşınması sığortası
  19. Bankların və maliyyə xidmətləri göstərən digər hüquqi şəxslərin risklərinin kompleks sığortası
  20. Səyahətin kompleks sığortası
  21. Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası
  22. Auditorların peşə məsuliyyətinin icbari sığortası
  23. Daşınmaz əmlakın icbari sığortası
  24. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası
  25. Sərnişinlərin icbari fərdi qəza sığortası
Daha çox
Veb sayt www.silkwayinsurance.com
Ünvan Nəsimi r-nu, Akademik Həsən Əliyev küç. 4/186, Bakı ş., AZ1078
Telefon (+994 12) 598 38 50, (+994 12) 598 39 50, (+994 12) 598 31 92, (+994 50) 246 10 15
Email [email protected]
CEO İmanov Niyazi Cavanşır oğlu
Müəllif: Tamara Mustafayeva

Ən sərfəli krediti almaq üçün müraciət et