AXA MBASK | Banco.az

AXA MBASK

 

Call center
950

MBASK Sığorta Şirkəti 1992-ci ildən öz fəaliyyətini həyata keçirir və müstəqil Azərbaycanın ilk özəl sığorta şirkətlərindən biridir. 1992-ci ildən 1996-cı ilədək olan dövrdə Azərbaycanın sığorta bazarının təşəkkülü baş verirdi. Bu müddət ərzində bazarın məhdud imkanlarına baxmayaraq MBASK peşəkar kollektiv formalaşdırmağa nail oldu və bu gün 29 sığorta növünü həyata keçirmək üçün lisenziyaya sahibdir.

2005-ci ildə Azərbaycan sığorta bazarının tarixində ilk dəfə Avropa Yenidənqurma və İnkişaf Bankı MBASK Sığorta Şirkətinin səhmlərinin 30 %-ni alaraq yerli sığorta şirkətinin səhmdarı oldu.

2006-2007-ci illərdə müstəqil bazar təhqiqatları MBASK şirkətini əhali arasında ən populyar və etibarlı sığorta şirkəti kimi tanımışdır.

2004-cü ildə MBASK Sığorta Şirkəti müvəffəqiyyətlə keyfiyyətin idarə olunması sisteminin sertifikatlaşdırılmasını keçmişdir. Şirkətin auditorları qismində Moody İnternational şirkətinin mütəxəssisləri iştirak etmişdirlər. Yoxlamanın nəticələrinə görə MBASK Sığorta Şirkətinə müvafiq sertifikat təqdim olunmuşdur. 3 il ərzində şirkət bütün zəruri keyfiyyət standartlarına riayət etmişdir ki, bu da həmin sertifikatın ilbə-il təsdiq olunmasında öz əksini tapmışdır.

2007-ci ilin dekabrında Moody İnternational şirkətinin mütəxəssisləri MBASK Sığorta Şirkətinin keyfiyyət menecmenti sisteminin növbəti auditor yoxlamasını aparmış və onun keyfiyyət menecmenti üzrə İSO 9001:2000 beynəlxalq standartının tələblərinə uyğun olduğunu təsdiq etmişlər.

2007-ci ilin nəticələrinə görə MBASK sığorta şirkəti toplanmış sığorta haqlarının həcmi üzrə Azərbaycanın özəl şirkətləri arasında birinci yeri tutmuşdur.

14 oktyabr 2010 il tarixdə dünyanın ən iri sığorta şirkətlərindən biri olan “AXA Group” özünün törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros” (İspaniya) şirkəti vasitəsilə “MBASK” Sığorta  Şirkətinin səhmlərinin əhəmiyyətli nəzarət zərfini (51 %) əldə etmişdir.

AXA Group dünyada ən iri sığorta şirkətlərindən biridir və Best Global Brands 2016 reytinqinin nəticələrinə görə. AXA brendi ardıcıl olaraq 8-ci ildir ki, dünyada bir nömrəli sığorta brendi seçilir.  AXA 64 ölkədə, əsasən Qərbi Avropada, Şimali Amerikada, Asiya-Sakit okean regionunda və Yaxın Şərqdə fəaliyyət göstərir. Qrupun 166 000-dən artıq əməkdaşı və dünya üzrə 103 000 000 müştərisi vardır. Qrup beş əməliyyat biznes-seqmentindən ibarətdir: Həyatın və Əmanətlərin sığortası, Əmlakın sığortası və Bədbəxt Hadisələrdən sığorta, Beynəlxalq sığorta (təkrarsığorta daxil olmaqla), Aktivlərin idarə edilməsi, habelə digər maliyyə xidmətləri.

2010-cu ilin 29 Noyabrında MBASKın lisenziyası şirkətin adının AXA MBASK`a dəyişdirilməsi ilə əlaqədar olaraq yenilənib

Daha çox
Veb sayt www.axambask.az
Ünvan Azərbaycan, Bakı Həzi Aslanov 80/9
Telefon (+994 12) 950
Email [email protected]
CEO Selçuk Adıgüzel Ayhan
Müəllif: Tamara Mustafayeva

Ən sərfəli krediti almaq üçün müraciət et