İdeal Kredit
Bank Olmayan Kredit Təşkilatı "İdeal Kredit” Məhdud Məsuliyyətli Cəmiyyəti "İdeal Kredit” adı ilə 11.11.2014-cü il tarixdən fəaliyyətə başlayıb və öz fəaliyyətini bir neçə fundamental istiqamətdə davam etdirir. BOKT pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılmasına davamlı səy göstərir. Ölkədə istehlak kreditlərinin artım dinamikası BOKT-un inkişafı üçün bir stimuldur.
Təşkilatın şüarı olan "İdeal Seçim" İdeal kredit”-in – hər bir müştəriyə fərdi yanaşma ilə bərabər müştərilərə ideal şərtlərlə kredit ayrilması - fəlsəfəsini özündə cəm edir.
Müştərilərlə qarşılıqlı əlaqələr
Kredit bazarında aparıcı təşkilatlardan olan "İdeal Kredit” müştərilərlə qarşılıqlı əlaqələrə xüsusi önəm verir. BOKT müştərilərlə əlaqəni çoxsaylı kommunikasiya vasitələri ilə saxlayır bu əlaqərdən önəmli yeri tutan sosial şəbəkələr vasitəsilə işə xüsusi diqqətcəlb edir.
"İdeal Kredit” müştərilərlə əlaqəni 4092524 Məlumat Mərkəzi və bir sıra internet kanallar vasitəsilə saxlayır. 4092524 Məlumat Mərkəzi operativ qaydada müştərilərin sorğularını qəbul edir və son yeniliklərə dair onları məlumatlandırır.Daxil olan şikayət və təkliflər kredit məhsullarının təkmilləşdirilməsi məqsədilə nəzərə alınır.
Bizim inkişaf strategiyamız
2014-cü ildə "İdeal Kredit”-in Müşahidə Şurası BOKT-un yeni strateji inkişaf proqramını təsdiq etdi. Proqramın əsas cəhətlərindən bir neçəsini filial şəbəkəsinin genişləndirilməsi, risklərin və maliyyə göstəricilərin strateji tənzimlənməsi,xidmət keyfiyyətinin yaxşılaşdırılması təşkil edir. Proqram çərçivəsində "İdeal Kredit”-in paytaxt və regionlarda yeni filialları açılır. Bundan başqa, müştəri xidmətlərində texnoloji yeniliklərin, yeni kredit məhsul və xidmətlərinin tətbiqi, kadr potensialının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir..
Müştərilərin gözləntilərini qarşılamaq və "İdeal Seçim” şüarını doğrultmaqda davam etmək üçün "İdeal Kredit” özünün dinamik inkişafına davam edəcək.
Ünvan | Bakı şəhəri, Ak. Həsən Əliyev küçəsi 34 (1 Saylı ASAN Kommunal 1-ci mərtəbə) |
Telefon | +994 (012) 409-25-23 +994 (012) 409-25-24 |
Filialı | 2 |
Sayt | www.idealkredit.az/ |
E-poçt | [email protected] |
CEO | Qubadov Qubad Baxaş oğlu |