Zolotaya Korona üzrə aksiyasının ilk qalibləri açıqlandı | Banco.az

Zolotaya Korona üzrə aksiyasının ilk qalibləri açıqlandı

Xəbər verdiyimiz kimi Expressbank Zolotaya Korona təcili pul köçürmə sistemi ilə birgə "diyyəli pul köçürmələri" adlı aksiya keçirir. Aksiyanın yanvar ayı üzrə qalibləri müəyyən olunub. Expressbank-ın Əcəmi və Sumqayıt filiallarının müştəriləri müvafiq olaraq, planşet və smartfon qazanıblar.

Aksiyanın şərtlərinə görə Expressbank filiallarında bu sistemlə ən çox pul göndərənlər planşet, minimum 100 AZN olmaqla ən çox köçürmə edənlər isə smartfon qazana biləcəklər. Aksiya 28 fevral 2015-ci il tarixinədək davam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, pul göndərən və ya alan müştərilərə həmçinin Pul Kart bank kartı hədiyyə olunur. Bu karta hər təcili pul köçürmə məbləğindən asılı olaraq pul şəklində bonuslar hesablanır.

Qeyd edək ki, pul köçürmə xidmətlərini Expressbank-ın filiallarında həyata keçirmək mümkündür. Bank Western Union, Zolotaya Korona, Contact, Lider, Caspian Money Transfer və Monex sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

Ən sərfəli krediti almaq üçün müraciət et