Yerli biznesə Unibankdan daha bir dəstək | Banco.az

Yerli biznesə Unibankdan daha bir dəstək

Bank dünyanın nüfuzlu maliyyə qurumu ilə əməkdaşlığa başladı

Unibank  korporativ müştəriləri üçün daha bir imkan yaratdı. Beynəlxalq ticarətlə məşğul olmaq istəyən bank müştərilərinə dəstək məqsədi ilə Unibank dünyanın tanınmış banklarından olan  “Credit Agricole”-la əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq bankın sənədli əməliyyatlar  və  ticarətin maliyyələşdirilməsi üzrə tərəfdaşlar şəbəkəsini davamlı genişləndirməsinin daha bir göstəricisidir. “Credit Agricole” bankı tərəfindən  ayrılan kredit xətti sənədli əməliyyatları biznes üzrə  müştərilərə göstərilən xidmətlərin səmərəliliyinin artırılmasına imkan verəcək. Unibank bu xidmətdən istifadə edən korporativ müştərilərinə maliyyə dəstəyi də göstərəcək. 

Qeyd edək ki,  “ Credit Agricole” –  Fransanın geniş filial şəbəkəsi olan ən böyük banklarından biridir. Aktivlərinin böyüklüyü ilə seçilən bank qrupu yalnız Fransada deyil, bütün dünya üzrə nəhənglərdən hesab edilir. 

Ən sərfəli kredit üçün müraciət et

Ölkəmizdə sahibkarlığın inkişafına dəstək hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül” , “Yasamal”, “8 saylı”  filialları və  “Unibank- biznes mərkəzi”nə müraciət edə bilərlər. Məqsəd bankın ölkənin iqtisadi inkişafına dəstəyini  bir qədər də gücləndirməkdir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.

Ən sərfəli krediti almaq üçün müraciət et