Yeni UniCall xidməti istifadənizdə | Banco.az

Yeni UniCall xidməti istifadənizdə

Unibank müştəriləri üçün Məlumat Mərkəzini daha da təkmilləşdirdi. Müştəri məmnuniyyətini daim üstün tutan bankın yeni istifadəyə verdiyi UniCall sistemi, zəng edən müştərilərin daha qısa müddətə, vaxt itirmədən,  istədikləri məlumatı almasına imkan verəcək. Yeni texnologiya sayəsində müştərilərin gözləmə vaxtı ortalama 4  dəfəyədək azalıb. UniCall sistemi müştərilərin bankın xidmət və məhsullarından istifadəsiylə bağlı bütün məlumatları bir proqramda ümumiləşdirdiyi üçün müştərilərin vaxt itkisi minimuma enir. Müştəri hesabındakı olan hərəkətləri vaxt itirmədən öyrənə, plastik kartını blok edə, kredit borcu kodunu öyrənə, nömrəsini sistemdə dəyişdirə və digər bütün mümkün məlumatları Məlumat Mərkəzi əməkdaşından ala bilər.

117 Məlumat Mərkəzi Unibank müştəriləri üçün çoxsaylı xidmətlər təklif edir. Unibank-ın məlumat mərkəzinin mütəxəssisləri ilə bu  vasitələrlə də əlaqə saxlamaq mümkündür:

Ən sərfəli krediti almaq üçün müraciət et