Yeni dərs ilinə SmileCard ilə hazırlaşın | Banco.az

Yeni dərs ilinə SmileCard ilə hazırlaşın

Expressbank-ın SmileCard taksit kartı ilə müxtəlif dəftərxana mağazalarında və digər yerlərdə alış-veriş edib, xərclənən məbləği 6 və ya 12 aya ödəmək olar.

Bundan başqa SmileCardilə tərəfdaşlıq edən ticarət / xidmət mərkəzlərində bonuslar, endirimlər və digər imkanlar əldə etmək mümkündür. Tərəfdaşların yenilənmiş siyahısı ilə saytda tanış ola bilərsiniz – http://www.expressbank.az/domains/express/assets/file/Terefdash_09.07.2015.pdf.

“Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin” sloqanı ilə bazara təqdim edilən kredit kartının şərtlərinə görə, müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, İnternetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, istifadə olunan məbləğ ödənildikdə yenidən kartda bərpa olunur və təkrar istifadə oluna bilər. SMS məlumatlandırma xidməti pulsuzdur.

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 300-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et