“DəmirBank” “Böyük gələcəyə kiçik körpülər” adlı layihəyə start verib. Layihənin məqsədi, övladı yeni dünyaya gəlmiş valideynlərə övladlarının gələcəklərini təmin etməkdə yardımçı olmaqdır. Belə ki, layihə çərçivəsində “DəmirBank”ın əməkdaşlıq etdiyi klinikalarda övladı yeni dünyaya gəlmiş valideynlərə sertifikat təqdim olunacaq. Həmin sertifikatı “DəmirBank”a təqdim etməklə övladının adına “Yığım” əmanəti hesabı açan valideynlərə yatırdıqları məbləğ qədər vəsait hədiyyə ediləcək.
“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.