Xəzri ilə pul köçürmək və pul almaq havayı oldu! | Banco.az

Xəzri ilə pul köçürmək və pul almaq havayı oldu!

Avqust ayından başlayaraq bu iki ölkə arasında “Xəzri” vasitəsilə pul köçürmələrini indi biz həm pul köçürən, həm də pul alan üçün ödənişsiz edirik. 
Kampaniya avqust ayının 31 -dək davam edəcək. 
Avqust ayının 1-dən Kapital Bankın və onun Rusiyadakı tərəfdaşları «Пробизнесбанк» (bütün Rusiya üzrə 205 filial), «Столичный Кредит» (Moskvada 2 filial) filiallarında «XƏZRİ» pulköçürmə sistemi ilə Azərbaycan və Rusiya arasında edilən köçürmələrə görə müştərilərdən komissiya haqqı alınmır. 
Qeyd etmək istərdik ki, Kapital Bankın Xəzri sürətli pul köçürmə sistemi üzrə 1-15 Avqust tarixlərində cəmi dövriyyənin həcmi 600 min ABŞ dollara yaxın olmuşdur. Bundan 92.5% köçürmələrin, 7.5% isə ödənilən məbləğlərin payına düşür. Müqayisə üçün, iyul ayı üzrə cəmi dövriyyənin həcmi 122631 ABŞ dolları təşkil etmişdir. Göründüyü kimi, avqust ayının ilk yarısında dövriyyənin həcmi 4.8 dəfə artmışdır.
Kampaniya barədə, həmçinin “Пробизнесбанк”ın ünvanlarının tam siyahısı ilə Kapital Bankın www.kapitalbank.az saytından, Bankın filial və söbələrindən və 196 nömrəli Müstəri Xidmətindən ətraflı məlumat almaq olar.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et