İsveçrənin Cenevrə şəhərində keçirilən SİBOS 2016 beynəlxalq sərgi-konfransında Azərbaycan Beynəlxalq Bankının (ABB) iştirakı böyük maraqla qarşılanıb. Bank sektoru üzrə dünyanın ən böyük sərgisi sayılan bu tədbirdə ABBilk dəfədir ki, öz stendi ilə iştirak edir. Bankın stendi sərgi salonunun mərkəzində yerləşdirilib və dünyanın aparıcı banklarının stendləri ilə əhatə olunub. ABB-nin stendi ziyarətçilərin sərgidə xüsusi maraq göstərdikləri guşələrdəndir.
Bu marağın daha bir ifadəsi kimi sərgi çərçivəsində dünyanın 60-dan çox bank-maliyyə qurumunun təmsilçiləri ilə ABB-nin nümayəndə heyəti arasında işgüzar görüşlər keçirilib. Görüşlər zamanı xarici maliyyə institutlarının təmsilçilərinə Azərbaycaniqtisadiyyatı, ölkəmizdə aparılan davamlı islahatlar, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində baş verən müsbət dəyişikliklər, eləcə də ABB-nin fəaliyyəti, ölkəmizin sosial-iqtisadi həyatında bu bankın yeri və rolu barədə ətraflı məlumat verilib.
Müzakirələrin müəyyən bir qismi ABB tərəfindən sindikatlaşmış əqdin həyata keçirilməsi ilə bağlı olub. Danışıqlarda iştirak edən 20-dən çox xarici maliyyə institutu belə bir sazişə qoşulmaq niyyətini təsdiqləyib. Təkcə sərgidə 4 bank artıq qeyd olunan sindikatlaşmış sazişə qoşulub. Bu istiqamətdə danışıqlar davam etdirilir. Qeyd edək ki, cəlb olunan vəsait Bankın cari öhdəliklərinin yenidən maliyyələşdirilməsinə yönəldiləcək.
Bütün bunlar xarici investorların Azərbaycan dövlətinə və ABB-ə olan yüksək etimadının göstəricisikimi qiymətləndirilib. SİBOS - 2016 beynəlxalq sərgi-konfransında ABB-ə olan maraq, aparılan müzakirələr beynəlxalq maliyyə insitutlarının banka inamını, ABB ilə tərəfdaşlıq istəyini bir daha nümayiş etdirib. Əldə olunan ilkin razılaşmalar Bankın xarici maliyyə qurumları ilə əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfə verəcək.
Xatırladaq ki, ənənəvi SİBOS sərgi-konfransıÜmumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) təşkilatçılığı ilə 1978-ci ildən keçirilir.