www.bankofbaku.com saytı tam yeni formatda! | Banco.az

www.bankofbaku.com saytı tam yeni formatda!

Yaranmasının 20 illiyi ərəfəsində “Bank of Baku” korporativ saytını tam yeniləyərək istifadəyə verib. Yenilənmiş sayt bankın yubileyinə həsr edilmiş müxtəlif aksiya və tədbirlər sırasında ilk yenilikdir.Yeni sayt sadələşdirilmiş istifadə sistemi ilə seçilir. Yenilənmiş sayt bankın korporativ standartlarına uyğun olaraq fərqli vizual görüntü və məzmunu ilə seçilir.

Yenilənmiş saytda “Bank of Baku”-nun məhsul və xidmətləri barədə müfəssəl məlumat əldə etmək mümkündür. “Bank of Baku” saytında:

  • nağd kredit
  • əmanət
  • kredit kartlar
  • təcili pul köçürmələri

və digər məhsul və xidmətlər barədə geniş və ətraflı məlumatlar yerləşdirilib.

Saytda kredit və əmanət kalkulyatorlarından istifadə edib bu və ya digər məhsul üzrə faiz dərəcələrini rahat hesablamaq olar.

Saytın digər bölməsi onlayn bank xidmətlərinə həsr edilib. Burada istifadəçilər:

Ən sərfəli kredit üçün müraciət et

  • onlayn kredit ödənişi
  • onlayn kredit ərizəsi
  • plastik kart sifarişi
  • telefonla ödəniş

və digər xidmətlərdan faydalana bilərlər.

Yenilənmiş saytda həmçinin “Bank of Baku” –nun fəaliyətinin fundamental istiqamətləri, bankın fəlsəfəsi , inkişaf strategiyası, maliyyə göstəriciləri ilə tanış olmaq mümkündür.

www.bankofbaku.com saytının “Mətbuat” bölməsində isə ziyarətçilər bankın son xəbərləri ilə tanış ola bilərlər.

Sayt vasitəsilə istehlakçılar həmçinin təklif və şikayətlərini də verə bilərlər. Yenilənmiş sayt Azərbaycan, rus və ingilis dillərində istifadəçilərin xidmətindədir.

“Bank of Baku” ümid edir ki, yenlənmiş sayt istifadəçilərin zövqünə oxşayacaq və bankla əməkdaşlığa təkan verəcək.

Ən sərfəli krediti almaq üçün müraciət et