VTB-nin sədri prezidentlə görüşdü | Banco.az

VTB-nin sədri prezidentlə görüşdü

3 mart 2015-ci il tarixində Bakıya rəsmi səfəri zamanı bank VTB prezidenti - İdarə Heyətinin sədri Andrey Kostin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşüb. Görüş zamanı Andrey Kostin qeyd edib ki, VTB Azərbaycanda öz biznesini inkişaf etdirməkdə maraqlıdır.

Dövlət başçısı Azərbaycan kənd təsərrüfatı və digər məhsullarının Rusiyaya ixracının inkişaf etdirilməsi üçün sərmayələrin artırılmasının mümkünlüyü barədə danışıb. 

Görüşdə Andrey Kostin bildirib ki, 2014-cü ilin sonuna VTB Qrup Azərbaycan iqtisadiyyatının inkişafına təxminən 700 mln dollar yatırım edib. Bu vəsaitdən 300 mln dollar törəmə şirkəti - bank VTB (Azərbaycan)-ın inkişafına, 400 mln dollar isə - nəqliyyat və kommunikasiya sahəsində layihələrin maliyyələşməsinə ayrılıb.  VTB rəhbəri Azərbaycan ərazisində layihələrin maliyyələşməsininin daha da artırılmasında maraqlı olduğunu qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bu gün Andrey Kostin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovla da görüşüb. Görüş zamanı bildirilib ki, VTB Ataholding ASC ilə birlikdə bank VTB (Azərbaycan)-nı inkişaf etdirir.  Belə ki, 2014-cü ildə bankın 7 filialı açılıb ki, bununla da onun satış ofislərinin sayı 13-ə çatıb. 2015-ci ilin fevral ayında bank Gəncə şəhərində ilk regional filialını açıb.

E.Rüstəmovla görüşdə Andrey Kostin bildirib ki, VTB-nin Azərbaycandakı bankı bu ilin  əvvəlindən Mərkəzi Bank tərəfindən bankların minimal məcmu kapitalına dair (50 mln manat)  tələbini yerinə yetirib. Hazırda isə ölkənin TOP-10 bankı sırasına daxil olmaq üçün VTB (Azərbaycan )-ın bütün imkanları mövcuddur. 

Ən sərfəli krediti almaq üçün müraciət et