VTB Bankdan fərdi sahibkarlar üçün yeni məhsul | Banco.az

VTB Bankdan fərdi sahibkarlar üçün yeni məhsul

Saytımıza daxil olan məlumata əsasən, Bank VTB (Azərbaycan) bazara yeni məhsul - fərdi sahibkarlar üçün nəzərdə tutulmuş 15 000 manatadək olan “Kommersant-ekspress” krediti təqdim etmişdir. Kredit fiziki şəxslərin – fərdi sahibkarlar və ya şirkət rəhbərlərinin zəruri istehlak tələbatlarını ödəmək üçün nəzərdə tutulub. 
Məhsulun konsepsiyası müasir dövr üçün unikaldır. Belə ki, sahibkarlıq fəaliyyətinə yeni başlamış istənilən şəxs, yəni 6 aydan az olmayan müddətə biznes fəaliyyəti ilə məşğul olan şəxs müvafiq kreditdən istifadə edə bilər. 
Bank VTB (Azərbaycan) ASC-nin Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Tural Vəliyev saytımıza bildirib ki, “Kommersant-ekspress” krediti Azərbaycanda kiçik və orta sahibkarlığın istehlak tələbatını ödəməyə yönəldilib. 
O qeyd edir ki,”Sirr deyil ki, əksər sahibkarlar bütün vəsaitlərini biznesin genişləndirilməsinə yönəldir. Lakin bəzən şəxsi tələbatları ödəmək üçün nəsə əldə etmək zərurəti yaranır. Bizim yeni məhsul sahibkara imkan verir ki, öz dövriyyə vəsaitlərinə toxunmadan, istehlak tələbatını ödəmək üçün kreditdən istifadə etsin”.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et