VTB (Azərbaycan) on mininci müştəriyə kredit verib. | Banco.az

VTB (Azərbaycan) on mininci müştəriyə kredit verib.

Bank VTB (Azərbaycan) ASC on minici müştəriyə kredit verib. Kredit bankın “Əcəmi” fililialına müraciət etmiş müştəriyə verilmişdir. Müştərinin mükafatlandırılması dekabrın 24-də Bank VTB (Azərbaycan) ASC-nin Bakı şəhəri, Xətai rayonu, Sarayev küç. 8 ünvanında təşkil olunacaq yeni filialın açılış mərasimində keçiriləcək.

Bankın on mininci müştərisi qiymətli hədiyyə, sertifikat və müəyyən kredit limiti olan “Gold” səviyyəli kredit kartı ilə təltif olunacaqdır. Hədiyyələri Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin sədri Aleksandr Yeryomin təqdim edəcəkdir .   

VTB-nın (Azərbaycan) bank məhsullarının geniş çeşidi müştərilərə kreditlər üzrə əlverişli seçim imkanı yaradır.  Bank müştəriləri 11 000 AZN-dək girovsuz nağı kreditlər və ya kredit kartları, 50 000 AZN-dək girovlu istehlak kreditləri, beş il müddətinə ilkin ödənişi 10 % olan avtokreditlər, həmçinin sərfəli şərtlərlə biznes-kreditlər əldə edə bilərlər. 

Ən sərfəli kredit üçün müraciət et

Bank VTB (Azərbaycan) ASC-nin idarə heyətinin üzvü, pərakəndə biznesin inkişafı Departamentinin Direktoru İlnur Salahov: “Biz, Bank VTB (Azərbaycan) ASC-nin 2014-2016-cı illər üçün nəzərdə tutulmuş inkişaf strategiyası çərçivəsində, riteyl istiqaməti aktiv inkişaf etdirəcəyik. Belə ki, yalnız 2014-cü il ərzində Bakı şəhərində və Azərbaycanın regionlarında 10 filialın açılışını planlaşdırmışıq”.   

Ən sərfəli krediti almaq üçün müraciət et