Unibank öz dəyərli müştərilərinə sürprizlərlər etməkdə davam edir. Kreditə görə komissiyaları 1%-ə salan bank, indi də istehlak kreditləri üzrə illik faiz dərəcələrini xeyli endirdi. Unibankın müştəriləri, eləcə də bankdan nağd kredit götürmək istəyən digər vətəndaşlarımız artıq bank filiallarından daha aşağı faizlərlə kredit götürə biləcəklər. Bu gündən bankda kredit faizləri kreditin müddətindən və valyutasından, müştərinin rəsmi gəlirindən və kredit tarixçəsindən asılı olaraq manat üzrə 25% ilə 29%, dollarla olan kreditlərdə isə 23% ilə 29% arasında dəyişir.
Hal- hazırda Unibank-da “0% komissiyalı kredit “ kampaniyası davam edir. Kampaniya çərçivəsində 11 iyuladək Daxili İşlər Nazirliyinin əməkdaşları, dövlət qulluqçuları və hərbiçilər bank filiallarına müraciət edərək, komissiyasız nağd kredit əldə edirlər. Bu aksiya həm manat həm də dollar kreditlərinə şamil olunur.