UNİBANKDAN 1000-dən ARTIQ TƏRƏFDAŞINA XÜSUSİ TƏKLİF | Banco.az

UNİBANKDAN 1000-dən ARTIQ TƏRƏFDAŞINA XÜSUSİ TƏKLİF

İndi Unibank-ın  1000-dən artıq ALBALI  PLUS tərəfdaşlarının biznesi daha səmərəli olacaq. Unibank  öz tərəfdaşları üçün yeni innovativ xidmətlər göstərməkdə davam edir. Bank tərəfindən xüsusi yaradılmış  Merchant  Portal  biznes şirkətlərinin işini asanlaşdırmaqla yanaşı, hesabatların hazırlanmasına, satişin enmə və qalxmasini izləməyə imkan verəcək. Saytda yerləşdirilən satış nöqtələrində əməliyyat edən müştərilər, satış həcmləri, əməliyyatların növləri və digər mənbələr haqqında analitik məlumatlar, şirkətlərə biznesin daha effektiv və səmərəli idarəedilməsinə yardımcı olacaq.  Bu portal vasitəsi ilə Banka gəlmədən, iş yerindən sayta daxil olaraq, öz Login və Parolunuzu daxil etməklə, müxtəlif növ və parametrli hesabatlar yükləmək olar. ALBALI PLUS partnyoru olan şirkət, istədiyi vaxt portala daxil olaraq, hesabatı əldə edə biləcək. Bunun üçün sadəcə, Unibankın  İnternet –Bank  xidmətinə qoşulmaq kifayət edər.Bu xidmətə qoşulmaq tamamilə pulsuzdur, sadəcə şirkətin hesab açdığı filiala yaxınlaşıb, bu xidməti aktivləşdirmək mümkündür. 

Ən sərfəli kredit üçün müraciət et

İnternet –bank sistemindən faydalanmaq üçün ən yaxın Unibank  filialına yaxınlaşın və  pulsuz olaraq  bu  imkanı əldə edin.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az)  əldə etmək olar.

Unibank – hər kəsin bankı.