Unibank yeni məhsulunu təqdim etdi | Banco.az

Unibank yeni məhsulunu təqdim etdi

Böyük işləri həyata keçirmək üçün böyük məbləğə ehtiyacınız var? Unibank böyük arzularınızı reallaşdırmaq istiqamətində sərfəli kredit məhsulları təklif etməkdə davam edir. İndi 25-60 yaş arası və əmək haqqı 500 manatdan yuxarı olan  hər kəs, Unibank-ın yeni girov təminatlı “Böyük arzu” kreditindən faydalana bilər. Girov yalnız mənzil ola bilər.Bu kreditin minimal məbləği 7.000 USD/AZN, maksimal məbləğ isə 30.000 USD/AZN  təşkil edir.  “Böyük arzu” kreditini əldə etmək üçün müştərilər bankın Bakıda, Sumqayıtda və Xırdalanda yerləşən filiallarına müraciət edə bilərlər.

Unibank-ın yeni “Böyük arzu” krediti  niyə sərfəlidir?

  • Aşağı faiz dərəcəsi – illik 20%-dən başlayır;
  • Uzun müddətlidir -   84 ayadək müddətinə ayrılır;

 

Ən sərfəli kredit üçün müraciət et

Unibank hazırda 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.

Ən sərfəli krediti almaq üçün müraciət et