UNİBANK SALYANDA FİLİAL AÇDI | Banco.az

UNİBANK SALYANDA FİLİAL AÇDI

Unibank  daha bir filialını Salyanda açdı. Salyanın mərkəzində, avtovağzala yaxın, Y.Qasımov 2 ünvanında yerləşən yeni filial, Salyan və ətraf rayonların sakinlərinin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyəcək. Salyan filialı pərakəndə kreditlərin verilməsiylə məşğul olacaq. Həmçinin kiçik və orta biznesin maliyyələşdirilməsi üçün kreditlərin ayrılmasını həyata keçirəcək. Bundan başqa fərdi müştərilər üçün  kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları  və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur. 

Filialların genişləndirilməsi bankın əsas inkişaf prioritetləri sırasındadır. Yeni filialın açılışı ilə Unibankın filial şəbəkəsi  36-ya çatdı.

Ən sərfəli kredit üçün müraciət et

Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az)  əldə etmək olar.

Unibank – hər kəsin bankı.