Unibank sahibkarlara güzəştli kreditlərin verilməsini davam etdirir | Banco.az

Unibank sahibkarlara güzəştli kreditlərin verilməsini davam etdirir

Yerli biznesə, bölgələrdə sahibkarlığın inkişafına dəstək, hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır. Ötən il bank tərəfindən təkcə  Sahibkarlığa Kömək Milli Fondunun  vəsaiti hesabına ümumilikdə 4.7 mln. manat təşkil edən  130 kredit  verilib.  2014-ci il ərzində isə Fondun  vəsaitləri hesabına sahibkarlara 3.1 mln manatlıq  180 kredit  ayrılıb. Bu il üçün təsdiqlənmiş plana əsasən,  Unibank  SKMF-nin xətti ilə kreditlərin verilməsinə başlayıb.  Sahibkarlığa Kömək Milli Fondunun  xəttilə ayrılan kreditlər çox sərfəli şərtlərlə  - illik cəmi 6% -lə verilir. Kreditlər kiçik, orta və böyük həcmdə olmaqla, 5 min manatdan  10 milyon manatadəkdir.

Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül” , “Yasamal” filialları və  “Unibank- biznes mərkəzi”nə,  eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər. Məqsəd bankın ölkənin iqtisadi inkişafına dəstəyini  bir qədər də gücləndirməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

Unibank-hər kəsin bankı!

Ən sərfəli krediti almaq üçün müraciət et