“Unibank” ödəmələrdə mübadilə haqqı tutulmur | Banco.az

“Unibank” ödəmələrdə mübadilə haqqı tutulmur

“Unibank” müştəriləri üçün daha bir yenilik edib. Artıq ABŞ dolları ilə götürdükləri kreditlər üçün bankın “Cash-in”lərində, onlayn vasitəsilə, eləcə də “Milli Ön” ödəniş terminallarında ödəniş zamanı, müştərilərdən mübadilə haqqı tutulmur.

Qeyd edək ki, indiyədək manatdan başqa valyutalarda olan kreditlərin manatla ödənişi zamanı, mübadilə haqqı olaraq, vəsaitin 0,5%-i tutulurdu.

“Unibank” öz müştəriləri üçün kredit ödənişi zamanı çox geniş imkanlar yaradıb. “Unibank” müştəriləri öz kreditlərini bank filiallarına gəlmədən də onlayn, www.unibank.azwww.hesab.az saytlarında, bankomatlardan, mobil əlavələrin köməyilə, “MilliÖn” ödəmə terminallarından, bankın “Cash-in” aparatlarından və “Azərpoçt”un çoxsaylı şöbələrindən ödəyə bilərlər. Poçt şöbələrində ödəniş üçün komissiya haqqı ödənilən vəsaitin 1 faizi həcmindədir.

“Unibank”a olan kredit ödənişlərini 1000-dən artıq “MilliÖn” ödəniş terminallarında da ödəmək mümkündür. İstənilən bankın plastik kartına sahib olan müştəri, kartını Unibankın 70-dən artıq ATM-də qeydiyyata daxil edərək, heç bir əlavə ödəniş etmədən, “Unibank”da olan kredit ödənişlərini həyata keçirə bilir.

“iPhone” və “Android” platformasında olan smartfon və planşet sahibləri də kreditlərini banka gəlmədən, istədikləri yerdə ödəyə bilirlər. Bunun üçün “İnfoUnibank” mobil əlavəsini telefona yükləmək kifayətdir.

“Unibank”ın “Cash-in” aparatları da hər kəsə vaxt itkisi olmadan kreditlərini ödəmək imkanı verir.

Qeyd edək ki, iyunun 24-dən avqustun 31-dək davam edən “Kreditinizi ödəyin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereya çərçivəsində, “Unibank”a olan kredit ödənişlərini ölkə üzrə “Azərpoçt” filiallarından, “MilliÖn” paypointlərindən və “Online” formada (unibank.az və hesab.az saytlarında) həyata keçirən müştərilər, pul uduşları qazanmaq şansı əldə edəcək. Lotereyanın şərtləri bu müddətdə “Unibank” filiallarında və bankın “Cash-in”lərində aparılan kredit ödənişlərinə şamil edilmir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et