Unibankda nağdsız ödənişlər tarixi maksimuma çatıb. Nağdsız ödənişlər üzrə Mərkəzi Bankın aylıq hesabatında Unibank KB ASC 1-ci yerdədir. Sonuncu hesabata əsasən, ay ərzində ölkə bankları içərisində ən çox ödəniş Unibankın POS-terminallarında və bankomatlarında aparılıb. Ay ərzində aparılan 87 087 nağdsız ödənişlərdən 86 mindən çoxu POS-terminalların, 1000-dən artığı isə bankomatların payına düşür. Hesabat ayına olan məlumata görə, Unibankdan alınan kartların sayı 126 min 456-ya çatıb.
Unibank nağdsız ödənişlərin həcminin artırılması üçün müxtəlif tədbirlər həyata keçirir. Artıq bankın müştəriləri filiallara gəlmədən unibank.az və hesab.az saytları, Milli Ön ödəniş terminalları, “İnfoUnibank” mobil əlavəsinə malik iPhone və “Android” platformasında olan smartfon və planşetlər vasitəsi ilə, Unibankın ATM və Cash-in aparatlarının köməyi ilə növbəsiz, vaxt itkisi olmadan öz kreditlərini ödəyə bilər.