UNİBANK MÜŞTƏRİSİNƏ UĞUR GƏTİRDİ | Banco.az

UNİBANK MÜŞTƏRİSİNƏ UĞUR GƏTİRDİ

Unibank-dan  Nissan Altima-nı  Sumqayıt  sakini Niyaməddin Ağayev qazandı.  Bank,  müştərisi üçün əsl Novruz  hədiyyəsi etdi. Bu gün avtomobil sahibinə təqdim edilib. Niyaməddin Ağayev Unibankın yeni müştərisi olsa da, hər kəsin bankı elə ilk aylardan ona uğur gətirib. Nissan Altima-nın qalibi hələ uzun illər Unibank-la işləyəcəyini deyir.

Unibank-ın “Nağd kredit alın və Nissan avtomobili qazanmaq şansını əldə edin”adlı tirajlı stimullaşdırıcı lotereyasının üçüncü-sonuncu tirajının  digər 35 qalibi də dəyərli hədiyyələr qazanıb. Müsabiqə komissiyasının iştirakı ilə elektron püşkatma qaydasında keçirilən uduş fondunun nəticələrinə əsasən, 5 qalib İPhone 5 telefonunun, 30 nəfər isə hərəsi 100 AZN pul mükafatının sahibi olub.  

Ən sərfəli kredit üçün müraciət et

Unibank müştərilərinə xoş sürpizlər etməkdə davam edəcək.

Unibank 35 filialı ilə müştərilərinə həftənin 6 günü saat 09.00-dan 17.00-dək nahar fasiləsiz xidmət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank – hər kəsin bankı

 

Ən sərfəli krediti almaq üçün müraciət et