Unibank Mobile-ın 1 yaşı oldu | Banco.az

Unibank Mobile-ın 1 yaşı oldu

Unibank Mobile-ı mobil telefonunza yükləyəndən sonra, son 1 ildə həyatınızda bu dəyişikliklər oldu: 

- Daha kredit ödənişləri, kart sifarişləri üçün banka getmirsiniz;

- Kommunal ödənişlər üçün işdən qaranəfəs çıxıb ödəmə terminalı axtarmırsınız;

- Bayram günləri rayondakı qohumunuza pul göndərmək üçün avtovağzalda tanış sürücü axtarmırsınız;

- Telefonda konturunuz bitəndə kontur almaq üçün köşk axtarışına çıxmırsınız;

- Növbələrdə saatlarla vaxt itirmirsiniz;

- İnternetiniz, işığınız, qazınızkəsilmir;

- Hər ay rutin işlərə, növbələrə sərf etdiyiniz dəyərli vaxtınızı daha vacib işlərə sərf edirsiniz.

50-dən artıq xidmət və məhsulları ilə həyatımızı asanlaşdıran Unibank Mobile-ın 1 yaşı oldu. Deloitte & Touche LLC şirkəti tərəfindən MDB-nin ən mükəmməl mobil əlavələrindən biri seçilən Unibank Mobile, bu gün öz müştərilərinə banka gəlmədən,  bank xidmətlərinin 90%-dən istifadə imkanı verir.

Ötən 1 il ərzində Unibank Mobile hansı inkişaf yolu keçdi?

  • Banka gəlmədən, istənilən vaxt və istənilən yerdə bank xidmətlərindən istifadə mümkün oldu.
  • 2016-cı ilin nəticələrinə görə,Deloitte & Touche LLC şirkəti tərəfindən MDB –də ən yaxşı mobil əlavələrdən biri,Azərbaycan bank sistemində ən qabaqcıl mobil banking xidməti seçildi.
  • Mobil əlavə ilə bank əməliyyatlarının çoxu komissiyasız oldu.
  • Mobil əlavənin planşet versiyası yaradıldı.
  • Ailə üzvlərinin və dostlarının kreditini ödəmək funksiyası əlavə edildi.
  • Onlarla müştəri Unibank Mobile-dan istifadəyə görə keçirilən lotereya çərçivəsində qiymətli hədiyyələr qazandılar.
  • Müştəriyə banka gəlmədən, öz smartfonundan kredit və kart sifarişi imkanı yaradıldı.
  • Azərbaycan mobil bankçılığında ilk dəfə müştəriyə menyu bəndlərini əsas ekranda öz istəyinə görə tənzimləmək imkanı verildi.
  • Mobil bankçılıqda ilk dəfə olaraq bank hesabını bilmədən, yalnız telefon nömrəsinə əsasən  “Dosta köçürmə” xidməti istifadəyə verildi.
  • İpoteka və DYP cərimələrinini ödəmək üçün “Hökumət ödənişləri” bölümü yaradıldı.
  • Fərdi sahibkarların işini xeyli asanlaşdıran və 24/7 bank xidmətlərinə çıxış imkanı verən Unibank Mobile BUSİNESS əlavəsi istifadəyə verildi.

Yaxın aylarda Unibank Mobile-ın bir sıra yeni xidmətləri də müştərilərin istifadəsinə təqdim ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Unibank Mobile  xidmətinə 3 cür qoşulma mümkündür:

  • Bank kartınızın son 8 rəqəmi və mobil nömrənizi daxil etməklə;
  • Bankın filiallarında  qeydiyyatdan keçməklə;
  • ASAN İmza ilə qeydiyatdan keçməklə

Unibank Mobile  İOS və Android platformalarında işləyir. Öz planşetinizə və smartfonunuza Unibankın mobil bank xidmətini bu linkindənhttp://onelink.to/ffdbwf   yükləyə bilərsiniz.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank Mobile –Bankdan daha yaxın!

Unibank-hər kəsin bankı! 

Ən sərfəli krediti almaq üçün müraciət et