UNİBANK KARTLARI SMS -XİDMƏTƏ QOŞULUB | Banco.az

UNİBANK KARTLARI SMS -XİDMƏTƏ QOŞULUB

 

Unibankın  müştəriləri bank kartlarında aparılan bütün mədaxil-məxaric əməliyyatlardan xəbərdar olacaqlar. Bank bütün kredit kartlarını və Albalı taksit kartını sms-xəbərdarlıq xidmətinə qoşub. Bu xidmət ödənişsizdir.  Müştərilərin telefon nömrələrinə göndərilən sms-lər, müştərini məlumatlandırmaqla yanaşı, kartın təhlükəsizliyini də təmin etmiş olur. 1 may 2013-cü il tarixə Unibankın kartlarının sayı 126 mini ötüb.

Qeyd edək ki, ölkə bankları içərisində Unibank  nağdsiz ödənişlər üzrə liderdir.Nağdsız ödənişlər üzrə Mərkəzi Bankın aylıq hesabatında Unibank  KB ASC 1-ci yerdədir. Sonuncu hesabata əsasən, ay ərzində ölkə bankları içərisində ən çox ödəniş Unibankın POS-terminallarında və bankomatlarında aparılıb. Ay ərzində aparılan 87 087 nağdsız ödənişlərdən 86 mindən çoxu POS-terminalların, 1000-dən artığı isə bankomatların payına düşür.

Unibank nağdsız ödənişlərin həcminin artırılması üçün  müxtəlif tədbirlər həyata keçirir. Artıq bankın müştəriləri filiallara gəlmədən Azərpoçtun bütün poçt şöbələrindən, unibank.az və hesab.az saytları,  Milli Ön  ödəniş terminalları, “İnfoUnibank” mobil əlavəsinə malik  iPhone və “Android” platformasında olan smartfon və planşetlər vasitəsi ilə, Unibankın ATM və Cash-in aparatlarının köməyi ilə növbəsiz, vaxt itkisi olmadan  öz kreditlərini ödəyə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Unibankın çox-çox sərfəli Albalı kartı ölkədə nağdsız ödənişlərin sayının çoxalmasına öz töhvəsini verir. 700-dən artıq partnyor-mağazada Albalı sahibləri aldıqları malın və göstərilən xidmətin dəyərini, hissə-hissə ödəmək imkanı qazanıblar.

Unibankın mıhsul və xidmətləri haqda daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla, Bankın saytından (www.unibank.az) və yaxud  bankın facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank – hər kəsin bankı

Ən sərfəli krediti almaq üçün müraciət et