UNİBANK KARTLARI DAHA DA TƏHLÜKƏSİZ OLDU | Banco.az

UNİBANK KARTLARI DAHA DA TƏHLÜKƏSİZ OLDU

Artıq Unibank-ın plastik kartları daha da təhlükəsizdir. Unibank-ın Millikartla birgə hazırladığı yeni - Verified by Visa layihəsi plastik kartla internet vasitəsilə aparılan ödənişlərin təhlükəsizliyini təmin etmək üçündür. Bu layihə kartı hər cür dələduzluq və fırıldaqçılıq hallarından müdafiə edir.

Verified by Visa - debet və kredit kartlarında əlavə olaraq təhlükəsizliyi  artırmaq və müştərinin ikili qeydiyyat yoxlanışını təsdiq etmək üçün göstərilən xidmət növüdür. Bu xidmət hələ ki yalnız Visa şirkətinin kartlarına aiddir.

Verified by Visa xidmətindən istifadə edən müştəri internetdə hər dəfə ödəniş edərkən əlavə olaraq ödənişi təsdiqləmək üçün sistemdən qeydiyyatdan keçdiyi zaman özünün qeyd etdiyi parolu daxil etməlidir.

Əgər müştəri öz kartını əvvəlcədən qeydiyyatdan keçirməzsə,bu zaman əməliyyat təhlükəsiz sayılmır və məsuliyyət kart sahibinin üzərinə düşür.

Ən sərfəli kredit üçün müraciət et

Bu təhlükəsizlik xidmətindən istifadə üçün müştərilər https://signup3d.millikart.az saytında qeydiyyatdan keçməlidirlər. Verified by Visa xidmətinə keçidlə bağlı müştərilər sms vasitəsi ilə məlumatlandırılır. Xidmətə qoşulmaq qaydaları ilə unibank.az saytında  http://www.unibank.az/az/private-clients/plastic-cards/3d-enrollment linkində tanış olmaq olar.

Daha ətraflı məlumatı 117 nömrəsindən öyrənə bilərsiniz.

Unibank- hər kəsin bankı

Ən sərfəli krediti almaq üçün müraciət et