UNİBANK –ın müştəriləri 90.000 AZN alacaqlar | Banco.az

UNİBANK –ın müştəriləri 90.000 AZN alacaqlar

Unibank-ın  daha  bir  lotereyasının qalibləri açıqlanıb.  Bankın “Alkredit plus nağd krediti əldə edin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereyasının ilk tirajının qalibləri müəyyən edilib. Müsabiqə komissiyasının iştirakı ilə elektron püşkatma qaydasındakeçirilən uduş fondunun nəticələrinə əsasən, 26 qalib seçilib. Qaliblərdən 20 nəfər 100 manat , 4 nəfər 500 manat, 2 nəfər isə 1000  manat  pul mükafatı əldə ediblər.

Oktyabrın 1-dən başlayan  və hər ay  keçirilən lotereyatirajlarında390  qalib elan ediləcəkdir. Uduşun ümumi fondu  90. 000 AZN təşkil edir. Uduş fondunun oynanılması 15 tirajla həyata keçiriləcək. 26 qalib olan hər tirajın uduş məbləği 6000 AZN   təşkil edir. Pul uduşu ilk növbədə qalib müştərinin kreditinin ödənilməsinə yönləndiriləcək və kredit mükafat hesabına tam ödənildikdən sonra artıq qalan məbləğ,  qalibə təqdim ediləcək.

Peşəsindən asılı olmayaraq, 20 yaşdan 70 yaşadək  Azərbaycan Respublikasının işləyən hər bir vətəndaşı yalnız şəxsiyyət vəsiqəsi ilə müraciət edərək, 7500 manatadək  və  48 ay müddətədək kredit götürə bilər. Üstəlik  kredit alanlara minimum 300 AZN balanslı üzvlük kartı da verilir. Unibankdan kredit götürənlərin aylıq gəlirlərinin məbləğinə və əmək stajlarına heç bir tələb qoyulmur.

Ən sərfəli kredit üçün müraciət et

Unibank  33 filialı ilə həftənin 6 günü fəaliyyət göstərir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallalar nahar fasiləsiz işləyir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az)  əldə etmək olar.

Unibank – hər kəsin bankı.