UNİBANK əməkdaşı dünya rekordunu qırdı | Banco.az

UNİBANK əməkdaşı dünya rekordunu qırdı

 Həm işinin peşəkarı olmaq, həm də sevdiyin sahənin seçilənlərindən olmaq! İdmana dəstək sahəsində çoxillik müsbət ənənəyə malik olan Unibank-ın əməkdaşları, öz fəaliyyətləri ilə cəmiyyətə idman mədəniyyətinin təlqinində də fəal iştirak edirlər.  Bankın “Regional problemli kreditlər şöbəsi”nin əməkdaşı Balı Hacıyev 22-27 aprel tarixlərində Gürcüstan Respublikasında “Powerlifting”  idman növü üzrə böyüklər arasında keçirilən  Avropa Kuboku yarışında ölkəmizi layiqincə təmsil edib . Unibank əməkdaşı  ştanqı yerdən birdəfəyə dartma hərəkətində 350 kq ağırlığın öhdəsindən gələrək, yeni dünya rekordunu  müəyyən edib və qızıl medala layiq görülüb. Bu möhtəbər yarışda Balı ölkəmizi 100 kq çəki dərəcəsində təmsil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Unibank əməkdaşı  möhtəşəm qələbəyə imza ataraq, bir daha bayrağımızı beynəlxalq yarışda dalğalandırıb. Xatırladaq ki, Balı Hacıyev ötən ilin iyununda Bakıda keçirilən “Powerlifting” idman növü üzrə Avropa çempionu olub.
Daim və hərtərəfli inkişaf etmək- Unibank-ın hər bir əməkdaşının qarşısına qoyduğu əsas hədəflərdən biridir.

Ən sərfəli krediti almaq üçün müraciət et