Unibank peşə bayramları münasibəti ilə prokurorluq işçiləri, poçt əməkdaşları, müəllimlər, yanğınsöndürənlər, dəmir yolu işçiləri və energetiklər üçün kredit faizlərini endirdi. Bu peşələrin sahibləri oktyabrın 30-dək, Unibank filiallarından 3 faiz endirimlə kredit ala bilərlər. Dəyərli peşə sahibləri bank filiallarından maksimal 7500 AZN-dək və 48 ay müddətinədək kredit götürə biləcəklər. Üstəlik hər bir müştəriyə minimum 300 AZN balanslı üzvlük kartı da hədiyyə edilir.Unibank 33 filialı ilə həftənin 6 günü fəaliyyət göstərir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallalar nahar fasiləsiz işləyir.