Unibank biznes- kartlarının hansı üstünlükləri var? | Banco.az

Unibank biznes- kartlarının hansı üstünlükləri var?

Unibank hüquqi şəxlərə korporativ xərclərin ödənilməsi və idarə edilməsi üçün sadə və rahat vasitə təklif edir. Bankın korporativ kartları - MasterCard Business və  VISA Business  müştərilərinə  ezamiyyət xərclərini (otel, avtomobil icarəsi, bilet sifarişi və s.), təsərrüfat və nümayəndəlik xərclərinin daha rahat və daha təhlükəsiz ödəmək imkanını yaradır. Öz işçilərini xaricə ezamiyyətə göndərən şirkətlər Unibank-ın  korporativ kartlarından istifadə etməklə, xərclərinə daha çox qənaət etmiş olacaqlar. Kartların nağd puldan bir çox üstünlükləri var. Biznes –kartlarının hüquqı şəxlərə təqdim etdiyi imkanlar  bunlardır:

  • nağd vəsaitlərin kassadan əldə olunması  xərclərinin azaldılması;
  • ezamiyyətlər üçün xarici valyuta alışına zərurətin olmaması;
  • mühasibatda uçot proseslərinin optimallaşdırılması;
  • ezamiyyətdə olan əməkdaşların hesabına pul köçürülməsi və hər əməkdaş üzrə xərcələrə birbaşa nəzarət imkanı;
  • vəsaitlərin oğurlanması və itirilməsi riskinin minimuma endirilməsi.

Unibank-ın korporativ kartları müəssisənin eyni vaxtda bir neçə əməkdaşına verilə bilər. Lazım olan vaxt kartlara kredit limitinin açılması da mümkündür.  İlin əvvəlindən bu yana biznes kart istifadəçilərinin sayı 15% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki,  korporativ biznes kartları əmək haqqı və sosial ödənişlər üçün istifadə edilə bilməz. 

Ən sərfəli krediti almaq üçün müraciət et