UNİBANK 9.75%-li istiqrazların emissiyasına başladı | Banco.az

UNİBANK 9.75%-li istiqrazların emissiyasına başladı

“Unibank KB” ASC-nin 20  milyon manatlıq istiqrazlarının emissiya prospekti dekabrın 15-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınıb. Tədavül müddəti 2 il olan istiqrazlar üzrə illik faiz dərəcəsi 9.75%-dir. Oxşar məbləğ üzrə əvvəlki buraxılış bank tərəfindən 4 dekabr 2014-cü tarixində tam şəkildə və vaxtında ödənilib.  Yeni buraxılış  üzrə faiz kuponu  əvvəlki ilə müqayisədə daha aşağıdır. Bu, Unibank-ın  kapital bazarlarında mövqeyinin daha da güclənməsi və investorların Bankın istiqrazlarına olan maraqlarının artması ilə əlaqədardır. Bankın maliyyə sabitliyi, keyfiyyətli və diversifikasiyalı kredit portfeli  beynəlxalq qurumlar tərəfindən də hər zaman qiymətləndirilib. Bankın bazarda mövqeyinin güclənməsi, Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrində də öz əksini tapıb.

Ən sərfəli kredit üçün müraciət et

Yerləşdirmənin  anderrayteri qismində Unicapital və maketmeykeri  kimi PAŞA Bank çıxış edir. Yerləşdirilmə  Bakı Fond Birjasında  dekabrın 24-də həyata keçiriləcək. Cəlb olunmuş vəsaitləri Unibank kiçik və orta biznesin  maliyyələşdirilməsi üçün istifadə etməyi planlaşdırır.

Qeyd edək ki, bu ilin 11 ayı ərzində Unibank biznesə verilən kreditlərin yüksək artımına nail olub. Bank biznesə dəstəyini 56%  manat  artıraraq 208 milyon manata çatdırıb. 2014-cü ilin 11 ayı ərzində Unibank-ın aktivləri 17% artaraq 865 milyon 536 min manata, kredit portfeli də 17% artaraq 696,9 milyon manata çatıb.  Hesabat dövründə bankın müştərilərinin sayı da 37% artaraq 711 minə yaxınlaşıb.

Ən sərfəli krediti almaq üçün müraciət et