Unibank 800-dən artıq ipoteka krediti verib | Banco.az

Unibank 800-dən artıq ipoteka krediti verib

İlin əvvəlindən bu yana Unibank tərəfindən 183 ipoteka krediti verilib. Həm güzəştli, həm də adi şərtlərlə verilən kreditlərin həcmi 7,5 milyon manatdan çoxdur. Orta məbləği 41 min manat təşkil edən, kreditləri götürən şəxslərin orta yaş həddi 32 olub. Orta müddəti 24 il olan ipoteka kreditləri ilə alınan evlərin orta dəyəri, 61 min manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Unibank 2006-cı ildən Azərbaycan İpoteka Fondunun müvəkkil bankları sırasındadır. Unibank müvəkkil banklar sırasına qoşulandan bəri, 800-dən artıq ipoteka krediti verib ki, bunun da 600-dən çoxu adi, 200-dən artığı isə  güzəştli ipoteka olub.