TuranBankın "Sahil" filialı yeni ofisə köçmüşdür | Banco.az

TuranBankın "Sahil" filialı yeni ofisə köçmüşdür

"Sahil" filialının yeni ofis ilə təmin edilməsi TuranBankın xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq həyata keçirilmişdir. Bu, əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması, eləcə də bank müştərilərinə daha geniş və rahat şəraitdə xidmət olunması məqsədini daşıyır. Filialın yeni ofisi Fətəli xan Xoyski prospekti, 106  ünvanında yerləşir. (Tel.: (+994 12) 564 34 76/77/78)).

1997-ci ildən fəaliyyətə başlayan "Sahil" filialı TuranBankın ilk filiallarındandır. Burada bank sahəsində geniş bilik və təcrübəyə malik mütəxəssislər müştəriləri yüksək keyfiyyətli bank xidmətləri ilə təmin edirlər. Bu xidmətlərə istehlak kreditlərinin verilməsi, əmanətlərin qəbulu, plastik kartların satışı, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənilməsi kimi müxtəlif çeşidli xidmətlər daxildir.

Bankın hal-hazırda 14 xidmət nöqtəsi (onlardan 7-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz və Qazaxda olmaqla) və 20 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir. 

TuranBank, müştərilərə əlverişli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə, avtomobil və ipoteka kreditləri, eyni zamanda "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Ən sərfəli kredit üçün müraciət et

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. TuranBankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank, müştərilərə əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Hazırda Bank, öz müştərilərinə Western Union, Xpress Money, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Allure, Blizko, IBA-Express və Monex kimi geniş çeşidli təcili pul köçürmə sistemləri üzrə xidmət göstərir.

TuranBankın bank məhsulları və  xidmətləri haqqında ətraflı  məlumatı bankın www.turanbank.az saytından,https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.