Standard ödə, Gold qazan! | Banco.az

Standard ödə, Gold qazan!

Azər-Türk Bank avqust ayından etibarən növbəti kampaniya start verdi. “Standard ödə, Gold qazan” kampaniyası zamanı müraciət edəcək müştərilər Master Standard qiymətinə Master Gold kredit və ya debit kartları əldə edə biləcəklər. Bu sərfəli kampaniya sentyabr ayının sonuna qədər davam edəcəkdir.

Qeyd olunur ki, Azər-Türk Bankın bütün növ kartları vasitəsilə ölkə daxilində və xaricində təhlükəsiz və rahat ödəniş etmək mümkündür. Bu kartlar vasitəsilə internetdə edəcəyiniz ödəmələriniz “3D Security” sistemi ilə qorunacaqdır. Bankın kredit kartları vasitəsilə 40 günə qədər faizsiz ödəmə etmək imkanı mövcuddur. Həmçinin Bankın debit və kredit kartları vasitəsilə digər kartlara çox rahat Card-to-Card edib, digər şəxslərin kartlarına pul transferini reallaşdıra bilərsiniz. Azər-Türk Bank daima inkişaf edir və müştərilərinə müxtəlif xidmət və kreditlər  təklif etməkdədir.

Ən sərfəli kredit üçün müraciət et

Daha ətraflı məlumat əldə etmək üçün (012) 945 nömrəsi ilə əlaqə saxlaya və ya rəsmi internet səhifəmizdən məlumat ala bilərsiniz www.azerturkbank.biz.

“Azər-Türk Bank” ASC 11 iyul 1995-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynamaqdadır.