Sərfəli krediti hardan alaq? | Banco.az

Sərfəli krediti hardan alaq?

Sərfəli kredit axtarışındasınız?  Ünvan : ən yaxın Unibank filialıdır. Xəbəriniz var ki, Unibank müştəriləri üçün kreditlərdə şok endirim kampaniyasına başladı. Bu gündən etibarən Unibank-dan kredit götürən müştərilərə 3%-dən 6%-dək  endirim ediləcək.

Endirimli kredit, həm də sizin avtomobil arzunuzun reallaşmasına  gedən yoldur. “Nağd kredit alın və Nissan avtomobili qazanmaq şansını əldə edin” adlı lotereya çərçivəsində, bankın 3 müştərisi avtomobil əldə etmək şansı qazanacaq. Martın 10-dək davam edən kampaniya çərçivəsində Unibankdan 6% -dək endirimlə kredit götürən 3 nəfər  Nissan avtomobili qazanacaq. 1-ci tirajın qalibi Nissan Sunny, ikinci tirajın qalibi Nissan Tiida, 3-cü tirajın qalibi isə  Nissan Altima markalı avtomobilin sahibi olacaq.

Hər tirajda 5 ədəd olmaqla, lotereyada 15  İPhone 5 telefonu da oynanılır. Lotereya müddətində 90 nəfər müştəri 100 AZN-lik pul uduşuna sahib olacaq.

Şərtlərə əsasən, lotereya müddətində müştərinin  bankdan  götürdüyü  Nağd kreditin hər 100 AZN/USD-si  1 şans kimi qiymətləndirilir. Əgər müştəri Unibank-dan ilk dəfə kredit götürürsə,  bu zaman həmin müştərinin götürdüyü nağd kreditin hər 100 AZN/USD –si  2 şans kimi qiymətləndiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Peşəsindən asılı olmayaraq, 20 yaşdan 70 yaşadək  Azərbaycan Respublikasının  hər bir vətəndaşı şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (iş yerindən əmək haqqı arayışı, təqaüd haqqında arayış, rəsmi təsdiqlə əmək haqqı kartı hesabından son 6 ayın çıxarışı) təqdim etməklə,  Unibank-dan 7500 AZN-dək  və  48 ay müddətədək kredit götürə bilər. Üstəlik  kredit alanlara minimum 100 AZN balanslı üzvlük kartı da verilir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az)  əldə etmək olar.

Unibank – hər kəsin bankı

Ən sərfəli krediti almaq üçün müraciət et