Bu gün Bank VTB-nin sayca 6-cı filialının açılış mərasimi baş tutdu. Tədbirdə filialın açılış lentlərini kəsən Bankın İdarə Heyətinin sədri Aleksandr Yeryomin bildirdi ki, Bank filial şəbəkəsinin genişləndirilməsinə davam edəcək. “Çoxdandır ki, belə gediş-gəlişi bol olan yerdə, şəhərin insanların qaynaşdığı bir hissəsində filial açmaq istəyirdik. Hesab edirəm ki, çox uğurlu seçimdir. Digər filiallarımız kimi tezliklə bu filialın da öz xərclərini çıxardaraq, mənfəətli olacağına inanırıq”.
İndiyə qədər Bank VTB yalnız paytaxtda filial şəbəkəsini genişləndirirdisə, bundan sonra o regional genişlənməyə başlayacaq. Belə ki, yaxın iki ay ərzində bankın Sumqayıtda filialı açılacaq. Ümumilikdə, regionlarda filial sayının 10-a çatdırılması planlaşdırılır. Onlardan 4-ü daha yaxın zamana təsadüf edəcək. Növbəti filiallar Xırdalan və Gəncə şəhərində açılacaq. 4-cü filialın hansı regionda olması isə hələ qəti müəyyənləşməyib. Amma böyük ehtimalla bu, əhalisi 500 mindən çox olan bir şəhər olacaq. Filialın Şəkidə açılma ehtimalı da nəzərdən keçirilir.
Qeyd edək ki, açılan yeni filial “Sahil" metro stansiyasının çıxışında, Bülbül prospekti 7 ünvanında, paytaxt əhalisinin sıx məskunlaşdığı ərazilərdən birində yerləşir.