Sahibkarlara 100 min AZN-dək kredit təklifi! | Banco.az

Sahibkarlara 100 min AZN-dək kredit təklifi!

“DəmirBank” sahibkarlığın inkişafı üçün sərfəli şərtlərlə sahibkarlara mikro və kiçik kreditlər təklif edir. Kreditin şərtlərinə görə sahibkarlar 100 min AZN-dək kredit məbləğindən yararlana bilərlər. 

Qeyd edək ki, kreditin məbləğindən asılı olaraq onun təminatı qismində zaminlik, avtomobil, şəxsi ev əmlakı, daşınan və daşınmaz əmlak, biznes avadanlıqları, qiymətli metallar, qiymətli kağızlar, dövriyyədə olan əmtəə-mal qalığı ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Müddəti 36 ayadək olan mikro və kiçik kreditləri Bank-ın istənilən filialına müraciət etməklə əldə etmək mümkündür.

“DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit və digər istehlak kreditləri mövcuddur.

Ən sərfəli krediti almaq üçün müraciət et